Kubokda püşk atıldı: “Arsenal” “Mançester Siti”yə rəqib oldu

İngiltərə Liqa kubokunda 1/4 final mərhələsinin cütləri məlum olub.

Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 1/8 final mərhələsində “Liverpul”u mübarizədən kənarlaşdıran “Arsenal” 1/4 finalda “Mançester Siti”yə rəqib olub. Ole-Qunnar Sulşerin rəhbərlik etdiyi “Mançester Yunayted” isə bu mərhələdə “Everton”la qarşılaşacaq.

1/4 final mərhələsinin oyunları dekabrın 21-27-də keçiriləcək.

İngiltərə Liqa kuboku, 1/4 final mərhələsi

Stok Siti – Tottenhem
Brentford – Nyukasl
Arsenal – Mançester Siti
Everton – Mançester Yunayted

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button