Azarkeş qola sevinən futbolçuları yumruqladı – FOTO

İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilən “Nottinqem Forest” – “Lester” matçında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, “Lester”in bir azarkeşi “Nottinqem Forest”in vurduğu qoldan sonra meydana daxil olub. Fanat qol sevincini qeyd edən futbolçulara tərəf qaçaraq, onları yumruqlamağa başlayıb.

Hadisəyə hüquq-mühafizə orqanları tez müdaxilə edib və azarkeş saxlanılıb.

“Nottinqem Forest” “Lester”i 4:1 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button