Renat Dadaşov “Vulverhempton”da illik nə qədər qazanır?

İngiltərənin “Vulverhempton” klubunda çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşovun illik qazancı məlum olub.

Komanda.az xəbər verir ki, “canavarlar”la müqaviləsi 2023-cü ilin yayına qədər olan 22 yaşlı futbolçu həftəlik 21 min funt-sterlinq (49 min manatdan çox) qazanır. Bu barədə “sportspayouts.com” saytı məlumat yayıb. Hücumçunun klubda illik məvacibi 1 milyon funt-sterlinqdən (2 milyon 340 min manatdan çox) çoxdur.

Dadaşov 2019-cu ilin yayında “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. Hücumçu “canavarlar”ın əsas komandası ilə oyuna çıxmayıb.

Dadaşov Azərbaycan millisində 7 oyun keçirib.