“Tottenhem”dən “Uotford”a

İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Tottenhem”dən ayrılan Denni Rouzu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Denni Rouz 2007-2021-ci illər aralığında “Tottenhem”də çıxış edib. Sol cinah müdafiəçisi İngiltərə yığmasında 29 oyuna çıxıb.