Mourinyo bunu ilk dəfə yaşadı

İngiltərənin “Tottenhem” komandası Premyer Liqanın 31-ci turunda “Mançester Yunayted”ə məğlub olub.

Komanda.az “Squawka” portalına istinadən xəbər verir ki, 1:3 hesabıyla bitən görüş London təmsilçisinin baş məşqçisi Joze Mourinyo üçün antirekordla əlamətdar olub. Belə ki, Mourinyo məşqçilik karyerası ərzində ilk dəfə çalışdırdığı komanda ilə bir mövsümdə 10 dəfə məğlub olur.

“Tottenhem” Premyer Liqada 7-ci sıradadır.