İngiltərənin “Tottenhem” klubunun futbolçusu Harri Keynin avtomobili oğurlanıb.
Komanda.az TASS-a istinadən xəbər verir ki, ingilis hücumçunun 100 min funt-sterlinq dəyərində olan “Range Rover” markalı avtomobili Londonda oğurlanıb. Hadisəylə bağlı instintaq aparılır və şübhəlilərin hələ kimliyi müəyyən olunmayıb.
Keyn bu mövsüm “Tottenhem”lə 14 oyunda 13 qol vurub.
