“Atalanta”dan “Tottenhem”ə

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, London təmsilçisi “Atalanta”dan Pyerluici Qollini ilə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Tottenhem” 26 yaşlı qapıçını satınalma hüququ ilə birlikdə icarəyə götürəcək.

2018-ci ilin yayından “Atalanta”da çıxış edən Qollininin “transfermarkt”da dəyəri 17 milyon avrodur.