“Roma” ilə döyüşü səbirsizliklə gözləyirik” – Sulşer

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Ole-Qunnar Sulşer Avropa Liqasının yarımfinal mərhələsində “Roma”ya (İtaliya) qarşı keçirəcəkləri oyunlarla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan norveçli mütəxəssis, “Roma” ilə matçları səbirsizliklə gözlədiklərini deyib:

“Roma” ilə döyüşü səbirsizliklə gözləyirik. “Roma” keçmişi olan klubdur. Final mərhələsinə yüksəlmək üçün mübarizə aparacağıq. Mövsümü titulla bitirsək, əla olar”.

“Mançester Yunayted”lə “Roma” arasındakı matçlar aprelin 29-da və mayın 6-da keçiriləcək.