“Liverpul”un 2 futbolçusu üçün mövsüm bitdi

İngiltərənin “Liverpul” klubu iki ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçuları Dieqo Jota və Ozan Kabak sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında deyib. O, hər iki futbolçunun mövsümün qalan hissəsini zədə səbəbindən buraxmalı olacağını bildirib.

“Liverpul” Premyer Liqada sona iki tur qalmış 5-ci sıradadır.