“Lester” türk futbolçu üçün təklif göndərdi

İngiltərənin “Lester” klubu “Şalke”nin futbolçusu Ozan Kabakla maraqlanır.

Komanda.az xəbər verir ki, “tülkülər” 21 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Lester” Ozan üçün “Şalke”yə 9,5 milyon avro təklif edib. Almaniya klubu ingilislərin təklifini hələ cavablandırmayıb.

“Şalke” ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan Ozan, ötən mövsümü icarə əsasında İngiltərə “Liverpul”unda keçirib.

“Şalke” yeni mövsümdə 2-ci Bundesliqada mübarizə aparacaq. Bu səbəbdən, Ozanın klubunu dəyişəcəyi gözlənilir.