“Mançester Yunayted”in yetirməsi Çempionşipdə

İngiltərənin “Haddersfild” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisi ingilis oyunçu Freyzer Kempbelli transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

“Mançester Yunayted”in yetirməsi olan Kempbell “Sanderlend”, “Tottenhem”, “Kardiff Siti”, “Kristal Pelas” kimi klublarda forma geyinib.