Premyer Liqa klubunun hücumçusu koronavirusa yoluxdu

İngiltərənin “Fulhem” klubunun hücumçusu Aleksandar Mitroviç koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçunun koronavirus testi müsbət çıxdığı üçün 24-cü turun “Everton”la səfər matçını (2:0) buraxmalı olub.

Mitroviç hazırda karantinə alınıb və o növbəti iki oyunda da iştirak edə bilməyəcək. Serbiyalı hücumçu bu mövsüm Premyer Liqada 18 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button