“Everton”dan tarixi müqavilə

İngiltərənin “Everton” klubu Almaniya şirkəti “Hummel”lə müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. “Everton” yeni texniki sponsoru olan “Hummel”lə 3 illik sözləşmə imzalayıb.

İngiltərənin “Daily Mail” nəşrinin xəbərinə görə, “Everton” bu razılaşma ilə üç il ərzində rekord məbləğdə – 30 milyon funt-sterlinq qazanacaq. “Everton” bundan əvvəlki texniki sponsoru “Umbra”dan illik 4,5 milyon funt-sterlinq qazanırdı.

“Hummel” şirkəti Şotlandiyanın “Reyncers” klubu ilə də əməkdaşlıq edir.