“Çelsi” Haland üçün danışıqlara başladı

İngiltərənin “Çelsi” klubu Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandı transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, “zadəganlar” 20 yaşlı norveçli futbolçunun transferi üçün Almaniya klubu ilə danışıqlara başlayıb. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Dortmund təmsilçisi Haland üçün 200 milyon avro tələb edir. “Çelsi” bu məbləği aşağı salmağa çalışır.

Haland ötən mövsüm “Borussiya” ilə bütün turnirlər daxil olmaqla 41 oyunda 41 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.