Ekvador yığmasının üzvü Premyer Liqa klubunda

İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ekvadorun “İndependyente del Valye” klubundan Moyses Kaysedonu heyətinə qatıb.

Bu barədə “Brayton”un mətbuat xiidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Moyses Ekvador yığmasında 4 oyuna 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button