Premyer Liqadan Xorvatiya klubuna

İngiltərənin “Aston Villa” klubunun qapıçısı Lovre Kaliniç karyerasını Xorvatiyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu “Hayduk” klubuna keçib. Bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kaliniç, 2023-cü ilin yayına qədər icarə əsasında “Hayduk”da çıxış edəcək.

Kaliniç bu mövsüm “Aston Villa” ilə Premyer Liqada heç bir oyuna çıxmayıb.

“Hayduk” klubunun yetirməsi olan qapıçı Xorvatiya yığmasında 19 oyun keçirib.