Milli komanda üçün Venger iddiası

İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger milli komandada çalışa bilər.

Komanda.az xəbər verir ki, 71 yaşlı mütəxəssis İsveçrə yığmasının “sükanı arxasına” gətirilə bilər. Bu barədə İsveçrənin “Blick” nəşri məlumat yayıb.

İsveçrə yığmasını hazırda Vladimir Petkoviç çalışdırır. O, bir neçə gün əvvəl Fransanın “Bordo” klubu ilə müqavilə imzalayıb və bu komandada da baş məşqçilik edəcək.

İsveçrə yığmasında artıq Petkoviçin əvəzinə məşqçi axtarışlarına başlanılıb. Namizədlər arasında Arsen Venger də var. İsveçrə Futbol Federasiyasının nümayəndələri fransalı mütəxəssislə yanaşı, bir neçə məşqçiylə əlaqə saxlasa da, yığmanın baş məşqçi postuna ən real namizəd Vengerdir.

Hazırda FİFA-da işləyən Venger də məşqçilik etməyə müsbət yanaşır.

Arsen Venger 1996-cı ildən 2018-ci ilin yayına qədər “Arsenal”ı çalışdırıb.