
“Arsenal” amerikalı futbolçu ilə müqavilə imzaladı
İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, London təmsilçisi ABŞ-ın “Kolorado Repids” klubundan Oston Trastini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
Oston mövsümün sonuna qədər icarə əsasında “Kolorado Repids”də çıxış edəcək. Amerikalı futbolçu yayda “Arsenal”a qoşulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin