İngiltərənin ən bahalı klubu

İngiltərə Premyer Liqasının ən bahalı klubu məlum olub.

Komanda.az xəbər verir ki, “Evening Standart”ın hazırladığı siyahıya görə, Premyer Liqanın ən bahalı klubu “Tottenhem”dir. London klubunun dəyəri 1,8 milyard funt-sterlinqdən 2,6 milyarda yüksəlib. Premyer Liqanın ən bahalı ikinci klubu isə “Mançester Siti”dir. “Şəhərlilər”in hazırkı dəyəri 2,2 milyard funt-sterlinq olaraq göstərilib. Siyahıda 3-cü yerdə 2,1 milyard funt-sterlinqlə “Mançester Yunayted” qərarlaşıb.

İlk 3-lükdə yer almayan, keçən mövsüm Çempionlar Liqasının qalibi olan “Liverpul” isə 1,6 milyard funt-sterlinq dəyərindədir.