Sorğu: İngiltərəli azarkeşlər VAR-a qarşıdır

İngiltərə və Uelsdən olan Futbol Azarkeşləri Assosiasiyası (FSA) VAR tətbiqi ilə bağlı sorğu keçirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, sorğuda iştirak edən azarkeşlərin 76 faizi VAR-ın ləğvini dəstəkləyir.

Sorğuda Premyer Liqa klublarının azarkeşlərindən VAR haqqında ümumi təəssüratları, sistemdəki müxtəlif dəyişikliklər və video-hakimlərin səlahiyyətlərinin genişləndirilməsinə münasibətləri ilə bağlı 15 suala cavab vermələri istənilib.

Azarkeşlər VAR-ın daha sürətli və ya daha dəqiq olduğuna inanmırlar. Sorğuda iştirak edənlərin yalnız 3,4 faizi VAR-ın oyuna müsbət təsir etdiyinə inanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button