AÇ-2020: “Favorit idik” – Keyn

İngiltərə yığmasının hücumçusu Harri Keyn AÇ-2020-nin 1/4 final mərhələsində Ukraynaya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, yığmanın kapitanı, 4:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Favorit idik və bizdən gözləntilər çox idi. Əla oyun keçirdik. Dörd qol vurduq və bizim üçün möhtəşəm gün oldu. Qarşıda bizi yarımfinal mərhələsi gözləyir. Doğru yolda olduğumuzu düşünürəm”.

İngiltərə yığması AÇ-2020-nin yarımfinalında Danimarka millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button