“İngiltərə və İspaniya çempionatları dünyada ən yaxşı liqalardır” – Fabreqas

Fransanın “Monako” klubunun yarımmüdafiəçisi Sesk Fabreqas açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Liqa 1-i digər çempionatlarla müqayisə edib:

“Bu, daha çox fiziki gücə hesablanmış liqadır. Bütün futbolçular çox sürətli və güclüdürlər. Taktiki olaraq burda hər şey mükəmməl deyil, amma çox təcrübəli məşqçilər var. Burda daha çox əks-hücumlara üstünlük verilir, ona görə də, hücum edərkən, müdafiəni unutmamalısız.

İngiltərə və İspaniya çempionatları dünyada ən yaxşı liqalardır. Daha sonra İtaliya A Seriyası və Fransa Liqa 1-i gəlir. Fərdi keyfiyyətlər hər zaman vacibdir və böyük klublar belə futbolçuları izləyirlər”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button