Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu

İngiltərə Premyer Liqasında ötən ilin dekabr ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az turnirin saytına istinadən xəbər verir ki, bu, “Mançester Yunayted”in futbolçusu Bruno Fernandesdir. Portuqaliyalı yarımmüdafiəçi ötən ay iştirak etdiyi 7 oyunda 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fernandes 4-cü dəfə bu mükafata layiq görülüb.