Premyer Liqada son mövsümün ən yaxşı qolu – video

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı qolu məlum olub.

Komanda.az xəbər verir ki, “Tottenhem”in futbolçusu Son Hın Minin 16-cı turda “Bernli” ilə oyunda (5:0) vurduğu qol mövsümün ən yaxşısı seçilib. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Premyer Liqada 2019/20 mövsümün qalibi “Liverpul” olub. “Tottenhem” isə 7-ci yeri tutub.