İngiltərə kubokunu “Liverpul” qazandı

Bu gün İngiltərə kubokunun final oyunu keçirilib. 

Komanda.az xəbər verir ki, “Uembli” stadionunda keçirilən matçda “Çelsi” ilə “Liverpul” qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “Liverpul” penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Bununla da, “Liverpul” tarixində 8-ci dəfə İngiltərə kubokunu qazanıb.

Çelsi – Liverpul 0:0 (penaltilər seriyası – 5:6)