“Ronaldonun transferini düşünmürük” – İngiltərə klubunun baş məşqçisi

“Nyukasl”ın baş məşqçisi Eddi Hou “Mançester Yunayted”dən ayrılan hücumçu Kriştiano Ronaldonun kluba mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu portuqaliyalı hücumçunu transfer etməyi düşünmür:

“Biz futbolçuların yaş məsələsini qoruyub saxlamağa çalışırıq. Hazırda oyunçuların yaş ortalaması yaxşıdır. Buna görə də, biz Ronaldonun kluba transferini düşünmürük”.

“Mançester Yunayted” və 37 yaşlı hücumçu qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button