İngiltərə klubu Canluka Viallini yad etdi – FOTO

“Çelsi” İngiltərə Premyer Liqasının 20-ci turunda “Kristal Pelas”la qarşılaşıb (1:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “zadəganlar”ın futbolçuları matçdan öncə keçmiş italiyalı futbolçu Canluka Viallini yad ediblər.

Paytaxt təmsilçisinin futbolçuları oyundan əvvəl etdikləri isinmə hərəkətləri zamanı meydana Viallinin adı və nömrəsi olan formalarla çıxıblar.

“Çelsi” və “Yuventus”un sabiq hücumçusu Canluka Vialli 58 yaşında ölüb. Onun ölümünə səbəb mədəaltı vəzi xərçəngi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button