İndiyədək Azərbaycan kubokunu qazanan baş məşqçilər – SİYAHI

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunu qazanan 17-ci mütəxəssis ola bilər.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir vi, indiyədək 16 mütəxəssis belə uğura imza atıb.

Cari mövsümün həlledici matçında “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcəklər.

Finalçıların baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaqlar. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olub. Ağdam klubu ilə 6 kubok qazanan təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci titula sahib çıxmaq istəyir.

Azərbaycan kubokunu qazanan baş məşqçilər

1. Qurban Qurbanov – 6

2. Mehman Allahverdiyev – 4

3. Agasəlim Mircavadov – 3

4-7. Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov – 2

8-16. Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov, Elmar Baxşıyev – 1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button