“İndiyə qədər Qrizmannla danışmamışıq” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xosep Maria Bartomeu Antuan Qrizmannla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, transferlər haqqında danışan klub rəhbəri, fransalı futbolçunun keçidinin gündəmdə olmadığını bildirib:

“Əvvəllər də demişəm, həmişə deyirəm, indiyə qədər Qrizmannla danışmamışıq. Ortada heç bir şey yoxdur. Son günlər transfer bazarının necə sürətlə böyüdüyünü görürük.

Yavaş və inamlı şəkildə transfer müddətini yaşayacağıq. Qarşımızda üç ay var. Klub daxilində strategiyamızı danışdıq, qərarlaşdırdıq. Bundan başqa, “Barselona” B komandamıza da transfer etməyi və bəzi futbolçuları ordan əsas komandaya yüksəltməyi planlaşdırırıq. Transferlərlə yanaşı, bəzi ayrılıqlar da olacaq”.

Bir müddət əvvəl “Atletiko”nun icraçı direktoru Miqel Marin Qrizmannın “Barselona”ya keçəcəyini bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button