“İndiki “Düdelanj” tam başqa komandadı”

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi mətbuat konfransına qatılıb.

Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu bunları söyləyib:

“Bu rəqiblə 4 il əvvəl qarşılaşmışıq. Amma indiki “Düdelanj” tam başqa komandadı, yetəri qədər təcrübələri var. Tamamilə fərqli oyun olacaq. Sabahkı oyunda maksimum diqqətli olmalıyıq”.