“Mançester Yunayted”in oyunçusu olmaq mənim üçün böyük şərəfdir”

“Mançester Yunayted”in yeni futbolçusu Sofian Amrabat “Fiorentina”dan İngiltərə klubuna keçməsini şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi komandası üçün əlindən gələni edəcəyini söyləyib:

“Mançester Yunayted”in oyunçusu olmaq mənim üçün böyük şərəfdir. Səbr etməli idim, amma mən hər zaman ürəyimi dinləyən biriyəm və indi arzuladığım klubu təmsil edirəm. Mən enerjimi kluba gətirmək istəyirəm və komanda üçün hər bir anda əlimdən gələni edəcəm.

Erik ten Haqın işləməyi sevdiyini və oyunçularından nə istədiyini dəqiq bilirəm. Onun məşqçiliyi və rəhbərliyi karyeramın əvvəlində bir oyunçu kimi mənə çox kömək etdi. Bilirəm ki, o, mənim bütün qabiliyyətlərimi üzə çıxarmağa kömək edəcək ki, bu mövsüm komandanın uğur qazanmasına yardım edim”.

“Mançester Yunayted” 27 yaşlı mərakeşli futbolçunu bir mövsümlük icarəyə götürüb. Həmçinin, müqavilədə “qırmızı şeytanalar”ın futbolçunu satın almaq hüququ da yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button