“İmişli”də yeni qapıçı

Premyer Liqanın yeni iştirakçılarından olan “İmişli” heyətinə yeni qapıçı cəlb edib.

Komanda.az xəbər verir ki, əyalət klubu “Səbail”dən Hüseynəli Quliyevi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

“İmişli” daha öncə Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes və Rafael Vyeqası da heyətinə qatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button