İlk oyunda qələbə

Moldovada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Komanda.az xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız 2:0 hesablı qələbə qazanıblar.

Qolları Amin Qarayev və Ayxan Süleymanlı vurub.

Oktyabrın 25-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button