“Parisdən həzz alıram” – Messi

PSJ-nin hücumçusu Lionel Messi kluba transferindən sonrakı durumu barədə danışıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu indi Paris şəhərini daha çox sevdiyini etiraf edib:

“Mən Parisi indi daha çox sevirəm. Şəhəri kəşf edirəm. Kluba gəldiyim ilk il böyük dəyişikliklər oldu. Parisdən həzz alıram”.

Daha əvvəl 35 yaşlı hücumçunun karyerasını “Mançester Siti”, “Barselona” və ya “Los Anceles Qalaksi”də davam etdirə biləcəyi bildirilirdi. Futbolçunun Paris klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 19 oyuna çıxıb, 12 qol vurub və 14 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button