İlk dəfə! – “Qarabağ”ın oyununda VAR olacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan “Ferenstvaroş”una qarşı keçirəcəyi oyunlarında VAR sistemindən istifadə olunacaq.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, VAR sistemi 3-cü təsnifat mərhələsinin matçlarında ilk dəfə tətbiq olunacaq.

UEFA VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

“Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab oyununu avqustun 9-da Budapeştdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button