İlham Yadullayev rəsmən “Turan Tovuz”da

Tovuzun “Turan Tovuz” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, birinci divizion təmsilçisi Azərbaycan yığmasının sabiq müdafiəçisi İlham Yadullayevlə anlaşıb.

Bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb. Məlumata görə, A kateqoriyalı Yadullayevlə artıq rəsmi müqavilə imzalanıb. Gənc mütəxəssis mövsümün sonuna kimi bu komandanı çalışdıracaq.

Qeyd edək ki, “Turan Tovuz”u mövsümün əvvəlindən Azər Bağırov çalışdırırdı. Amma o, bir neçə gün öncə “Qəbələ”dən təklif aldığı üçün divizion klubundan ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button