İldə 700 milyon avro qazandıran futbolçu

Argentinalı hücumçu Lionel Messi PSJ-yə ildə təxminən 700 milyon avro qazandırır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, bura imic hüquqları, marketinq və sair gəlirlər daxildir.

35 yaşlı Messinin transferi həm də, PSJ-yə 10 yeni sponsorluq müqaviləsi bağlamağa və klubun sosial şəbəkədəki abunəçilərinin sayını ilk dəfə olaraq 15 milyon artırmağa imkan verib.

Bu gün Messi 35 yaşını qeyd edir. O, 2021-ci ilin yayında azad agent kimi parislilərə qoşulub. Messi PSJ-nin heyətində 34 matçda 11 qol vurub və 15 məhsuldar ötürmə edib. Tərəflər arasında bağlanan müqavilə daha bir il müddətinə qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button