İkinci Liqanın oyunları ilə bağlı cəzalar açıqlandı
İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda 2-ci Liqanın 6-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Baku Sportinq” – “Şəmkir” oyunu qonaq komandanın formasında qüsurlar olduğuna görə 4 dəqiqə gec başladığı üçün “Şəmkir” klubu 80 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Kür-Araz” oyununda “Şahdağ Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilib.
“Sheki City” – “Lerik” oyununun 73-cü dəqiqəsində “Lerik” klubunun 3 nömrəli futbolçusu Əflatun Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Lerik” klubu 50 manat cərimə edilib.
“Qusar” – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” klubu 70 manat cərimə edilib.
“Qusar” – “Cəbrayıl” oyununda “Qusar” klubunun nümayəndələri “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Qusar” klubu 50 manat cərimə edilib.
“Dinamo” – “Kürmük Qax” oyununda “Dinamo” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilib.
“Ağdaş” – “Füzuli” oyununda “Ağdaş” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilib.
“Ağdaş” – “Füzuli” oyununun 83-cü dəqiqəsində “Ağdaş” klubunun 24 nömrəli futbolçusu Teymur Həbibov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Ağdaş” klubu 50 manat cərimə edilib.
“Ağdaş” – “Füzuli” oyunu bitdikdən sonra “Ağdaş” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Ağdaş” klubu 80 manat cərimə edilib.
“Ağdaş” – “Füzuli” oyununda əvvəl “Ağdaş” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiqlədiyinə görə “Ağdaş” klubu 100 manat cərimə edilib.
5-ci turun “Göygöl” – “Dinamo” oyununda “Göygöl” klubunun heyətində 25 nömrəli futbolçu Fərid Məmmədovun çıxış etməsi ilə bağlı “Dinamo” klubunun müraciəti haqqında qərar məsələnin daha detallı araşdırılması üçün növbəti iclasa saxlanılır.
Bizi Facebook-da izləyin