İki liqada fərqlənən futbolçulara Tovuzda fəxri fərmanlar verildi

Bu gün AFFA U-10 və U-12 liqasının Qərb zonası üzrə yarışları başa çatıb.

Komanda.az xəbər verir ki, Qərb Regional Futbol Federasiyası tərəfindən sözügedən liqalarda nümunəvi davranışları ilə seçilən futbolçulara “Fair-Play” fəxri fərmanları təqdim olunub.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən tədbirdə liqalar üzrə məşqçilər tərəfindən seçilmiş futbolçulara fəxri fərmanları QRFF-nin koordinatoru Rasim Əliyev, AFFA Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin Qərb zonası üzrə nümayəndəsi Vüsal Qocayev, məşqçilər və valideynlər təqdim ediblər.

Fərqlənən futbolçuların siyahısı belədir:

U-10 Liqa

  1. Yusif Comərdov, “Ağstafa Gəncləri”
  2. Rəhim Abbaszadə, “Şəmkir”
  3. Hüseyn Namazov, “Yasamal” (Şəmkir)
  4. Zahid Əliyev, “Avey” (Ağstafa)
  5. Mənsur Budaqov, “Qazax-Siti”
  6. Mirnihat Əliyev, “Gülül” (Ağstafa)
  7. Ricay Məmmədzadə, “Turan Tovuz”
  8. Arda Əhmədov, “Hünər” (Tovuz)
  9. Tunar Əliyev, “Olimpiya” (Tovuz)

U-12 Liqa

  1. Arif Məsmalıyev, “Ağstafa Gəncləri”
  2. Uğur Məmmədov, “Şəmkir”
  3. Həsən Atayev, “Yasamal” (Şəmkir)
  4. Məqsəd Bayramov, “Avey” (Ağstafa)
  5. Cəfər Həsənli, “Qazax-Siti”
  6. İbrahim Əlizadə, “Gülül” (Ağstafa)
  7. Süleyman Əsgərzadə, “Turan Tovuz”
  8. Hüseyn Həsənli, “Hünər” (Tovuz)
  9. Hüseyn Əliyev, “Olimpiya” (Tovuz)
  10. Ümid Qasımov, “Qazax Gənclər”
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button