İkardi: “İnter” azarkeşlərinə təkrar deyirəm ki…”

“İnter”dəki taleyi müzakirə olunan Mauro İkardi karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, adı “Real” və “Yuventus”la yanaşı çəkilən argentinalı futbolçu, “İnter”də qalmaq istədiyini deyib:

“Mətbuatda real düşüncələrimi əks etdirməyən xəbərlər çıxır. “İnter” azarkeşlərinə təkrar deyirəm ki, burda qalmaq istəyirəm və bunu rəhbərliyə də demişəm. Çünki “İnter” mənim ailəmdir”.

Cari mövsümdə bir müddət heyətdən kənarda qalan 26 yaşlı hücumçu, keçirdiyi 35 matçda 16 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button