İdman festivalı keçiriləcək – Bakıda

Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə iyunun 5-də Bakıda Gənclərin idman festivalı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Komanda.az- verilən məlumata görə, Bakı İdman Sarayında təşkil ediləcək festivalda akrobatika gimnastikası, güləş, kapoeyra və breyk-dans növlərində idmançılar mübarizə aparacaqlar.

Tədbirdə Azərbaycan və Bolqarıstan idmançıları, idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər. Saat 15.00-da başlanacaq festivalın sonunda mükafatlandırma mərasimi keçiriləcək.

Festivala qatılacaq Bolqarıstan nümayəndə heyəti Azərbaycana bu gün gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button