“İlin qalibləri-2019″un mükafatçıları müəyyənləşdi FOTOLAR

İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2019” layihəsi üzrə mükafatçıları müəyyənləşib.

Komanda.az xəbər verir ki, qaliblərin adları Bakı Olimpiya Stadionunda təşkil olunan “7 qalib” adlı mərasimdə açıqlanıb.

Xüsusi mükafatlar:

“Minsk 2019” II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün – Samir Məzahir oğlu Məmmədov

Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə – Tofiq Mirhəsən oğlu Heydərov

İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu – Şamaxı Olimpiya Kompleksi

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu – Emin Mahmudov (“Neftçi”)

Nominasiyalar üzrə:

İlin idman xadimi: Mahir Ələsgər oğlu Məmmədov (Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti)

İlin idman qurğusu: Bakı Olimpiya Stadionu

İlin futbolçusu – Emil Balayev (“Tobol”, Qazaxıstan)

İlin əcnəbi futbolçusu – Abdullah Zubir (“Qarabağ”)

İlin komandası – Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi

İlin baş məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)

İlin idmançısı – Teymur Rəcəbov (şahmat)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button