“İdman Akademiyası” “Təhsil”lə bacarmadı

Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, 19-cu turda lider “İdman Akademiyası” “Təhsil”lə qarşılaşıb. Görüş 30:25 hesabı ilə “tələbələr”in xeyrinə nəticələnib.

Turun “U-16” – “Məhsul” görüşü də nominal qonaqların qələbəsi ilə başa çatıb – 44:18. “Dinamo” isə RİOEUGİM komandasını 47:25 hesabı ilə məğlub edib.

20-ci turun oyunlarında da gözlənilməz nəticələr qeydə alınmayıb. “Təhsil” bu turda da “İdman Akademiyası”na ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib – 22:26. “Məhsul” “U-16″ya bu dəfə 36:22, “Dinamo” isə RİOEUGİM-ə 48:17 hesabı ilə qalib gəlib.

Aktivində 45 xal olan “İdman Akademiyası” çempionatın vahid lideridir. “Məhsul” 35 xalla ikinci, “Dinamo” 30 xalla üçüncü pillədə qərarlaşıb. 4-cü yerdəki “Təhsil”in 27 xalı var. RİOEUGİM-lə “U-16” komandası hərəyə 3 xalla 5-6-cı yerləri bölüşdürür. “Bakı” isə 1 xalla çempionatın autsayderidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button