İddia: Messi “Barselona”nın prezidentinin zənglərinə cavab vermir

PSJ-nin hücumçusu Lionel Messi “Barselona”nın prezidenti Xuan Laportanın zənglərinə məhəl qoymayıb.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb. İspaniya klubu 35 yaşlı argentinalı futbolçunu geri qaytarmaq niyyətindədir, lakin o, “İnter Mayami” ilə danışıqlar aparır.

Daha əvvəl bildirilmişdi ki, Messi və Amerika klubunun nümayəndələri bir neçə ildir ki, bu keçidi müzakirə edirlər və hər dəfə transferin baş tutma ehtimalı artır. “İnter Mayami”nin sahiblərindən olan Devid Bekhem Messinin atası Xorxe Messi ilə danışıqlar aparır.

Messi bu mövsüm bütün turnirlərdə 17 oyunda 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button