İbrahimoviçin simvolik komandası

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç əvvəlki illərdə birlikdə çıxış etdiyi futbolçulardan simvolik komanda yaradıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, 41 yaşlı isveçli heyətə aşağıda adları qeyd olunan futbolçuları daxil edib:

Qapıçı: Canluici Buffon;

Müdafiəçilər: Alessandro Nesta, Şerrer Maksvell, Tiaqo Silva, Lilian Türam;

Yarımmüdafiəçilər: Patrik Vieyra, Xavi Hernandes, Pavel Nedved;

Hücumçular: Lionel Messi, Ronaldinyo, Zlatan İbrahimoviç.

Ehtiyat futbolçular: Julio Sezar, Fabio Kannavaro, Cennaro Qattuzo, Klarens Zeedorf, Andres İnyesta

Sabiq futbolçu İtaliya çempionatının 38-ci turunun “Milan” – “Verona” (3:1) oyunundan sonra azarkeşlərlə vidalaşıb.

İbrahimoviç İtaliya A Seriyasının cari mövsümündə dörd matçda iştirak edib və bir qol vurub.

O, “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button