İbrahimoviçin “Milan”dan tələbi

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin komandadakı gələcəyi hələ də müəyyənləşməyib.

Komanda.az “Corrierre dello Sera”ya istinadən xəbər verir ki, tərəflər arasında müqaviləni uzatmaqla bağlı danışıqlar davam edir. İsveçli futbolçu, klubdan yeni müqavilə ilə illik 6 milyon avro məvacib tələb edir.

Hazırkı müqaviləsi mövsümün sonunda bitəcək futbolçunun komandadan ayrılacağı deyilir.

Hazırda zədəli olan İbrahimoviç, cari mövsümdə iştirak etdiyi 10 oyunda 4 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button