İbrahimoviç “Yuventus”la oyunu buraxacaq

“Milan” İtaliya A Seriyasının 16-cı turunun “Yuventus”la oyununa ciddi itki ilə çıxacaq.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın futbolçusu Zlatan İbrahimoviç vacib qarşılaşmada da iştirak edə bilməyəcək.

Hələlik fərdi məşqlərlə kifayətlənən isveçli hücumçunun yaşıl meydana yanvarın 18-də “Kalyari”yə qarşı matçla qayıdacağı gözlənilir.

Qeyd edək ki, bu gün keçiriləcək “Milan” – “Yuventus” matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Milan şəhərinin eyniadlı təmsilçisi 37 xalla turnir cədvəlinə başçılıq edir. 27 xalı olan Turin klubu isə 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button