
İbrahimoviç Rocersin qiymətini tənqid etdi: “Buna dərhal son qoyulmalıdır!”
İsveçli sabiq futbolçu Zlatan İbrahimoviç Morqan Rocersin “Aston Villa”dan “Çelsi”yə 138 milyon avroluq keçidinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu keçidi tənqid edib:
“Bir uğurlu mövsüm keçirən hər futbolçunun dəyəri 100 milyon avro deyil. Buna dərhal son qoyulmalıdır! Rocersin qiyməti 138 milyon avrodursa, bəs Lamin Yamal, Vinisius Junior və Maykl Olisenin dəyəri nə qədərdir? Buna son qoyulmalıdır”.
Rocers 2025/26 mövsümündə “Aston Villa”nın heyətində bütün turnirlərdə 55 oyunda 14 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



