İbrahimoviç 2 seçim arasında

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin karyerasını davam etdirmək üçün iki variantı var.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yaxın vaxtlarda 40 yaşlı isveçli gələcəyi ilə bağlı qərar vermək niyyətindədir.

İbrahimoviç “Milan”la müqaviləni daha bir mövsüm uzada və ya yaxınlarda vəfat edən futbol meneceri Mino Rayolanın şirkətində işə başlaya bilər.

İbrahimoviç bu mövsüm 26 oyunda iştirak edib, 8 qol vurub, 3 məhsuldar ötürmə edib.