Hüseynov oynadı, komandası qələbəyə sevindi

Bolqarıstan çempionatında 26-cı tur başa çatıb. 

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə “Dobrudja Dobriç”lə qarşılaşıb.

Oyun Hüseynovun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüseynov meydana 75-ci dəqiqədə daxil olub. “Arda” hazırda 35 xalla 8-ci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button